Norveç hökuməti Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün əlavə 1 milyard kron (indiki məzənnə ilə 94 milyon dollar) ayırdığını açıqlayıb. Ölkə hökumətinin bəyanatında deyildiyi kimi, Oslo Berlinlə birlikdə IRIS-T hava hücumundan müdafiə sisteminin batareyasını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcək.
Sənəddə sözlərindən sitat gətirilən Norveç hökumətinin başçısı Jonas Gahr Støre, “Ukraynanın əhalisini Rusiya bombalarından və raketlərindən qorumaq üçün daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var” dedi. Baş nazir Ukraynanın payızda yeni hava hücumundan müdafiə sistemləri alacağına aydınlıq gətirib.
Maliyyələşdirmə Fridtjof Nansen Hərbi Yardım Proqramından gələcək. Ölkə hökumətinin təsdiq etdiyi büdcədə Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi proqramı çərçivəsində ilin sonuna qədər ən azı 4 milyard kron (372 milyon dollar) ayrılması nəzərdə tutulur. (Tass)