Sentyabr 10, 2025-15:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Polis səsvermə prosesinə qarışmır, seçkilərdə baş verə biləcək xoşagəlməz halların qarşısını alır – RƏY

2024:07:11 - 18:00
in SİYASƏT
A A
Seçki prosesinə qanunsuz müdaxilələrin qarşısını təkcə polis ala bilər.Bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.O, qarşıdan gələn parlament seçkiləri zamanı polisin gücləndirilmiş iş rejimində çalışmasının nəinki vətəndaşların xeyrinə olacağını bildirib:“Seçkiqabağı təşviqat materialların yayılmasının, qanunsuz müdaxilələrin qarşısını təkcə polis ala bilər. Həmişə belə tədbirlərdə polis gücləndirilmiş iş rejimində çalışıb və çalışmalıdır. Amma bu o demək deyil ki, polis seçki qutusunun başında dayanacaq. Polisin özünün təhkim olunmuş yeri var və bu dünyanın hər yerində belədir”.V.İskəndərov, bəzi resursların belə məsələləri hakimiyyətin seçki saxtakarlığı kimi qələmə verməsinin cəfəngiyat və absurd olduğunu söyləyib:“Seçkiqabağı təşviqatın pozulması və bənzər halları Mərkəzi Seçki Komissiyası və digər qurumlar deyil, polis həll edir. Ona görə də buna dövlətin üzərinə düşən vəzifə kimi baxılmalıdır. Əksini düşünənlər xəstə təxəyyülü insanlardır. Seçkilərdə ayrılmış açıq və qapalı yerlərdən kənarda qanunsuz aksiyaların keçirilməsi, ictimai asayişin pozulması hallarını polis bütün qanuni, hüquqi vəzifələrini icra edərək aradan qaldırır. Ötən günlərdə Mərkəzi Seçki Komissiyasında keçirilən müşavirədə parlament seçkilərində dövlətin üzərinə düşən vəzifələr dairə seçki rəhbərləri ilə müzakirəsi, Prezident İlham Əliyevin köməkçisi, Zeynal Nağdəliyevin vəzifəli şəxslərə müraciəti dünya standartlarına uyğun, şəffaf, demokratik seçkilərin keçirilməsinə hesablanıb. Hər zaman olduğu kimi yenə seçkilər uğurlu şəkildə keçiriləcək”,- deyə V. İsgəndərov qeyd edib.

 

Hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, polis əməkdaşlarının gücləndirilmiş iş rejimində işləməkdə məqsədi təkcə seçki məntəqələrində deyil kənarda da baş verə biləcək qanunsuz müdaxilələrin qarşısını almaq, vətəndaşlar üçün mümkün olan hər bir şəraiti yaratmaq, seçki obyektlərinin təhlükəsizliyinin təmin etmək kimi məsələlərdə yardım etməkdir:“Biz ölkəmizdə polisin fəaliyyətini 44 günlük Vətən müharibəsi, eləcə də pandemiya dövründə gördük. Onlar həm belə günlərdə, həm də bayram günlərində dayanmadan çalışırlar. Mühüm siyasi hadisələr zamanı isə Daxili İşlər Nazirliyinin əməkdaşlarının gərgin iş rejimində çalışması normal haldır. Bu dünyanın hər yerində belədir. Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaşların konstitusional hüququn təmin edilməsində polisin məsuliyyəti təbii ki, daha da artacaq. Çünki ictimai asayişin qorunması polisin müqəddəs borcudur”.

 

Əvvəlki Yazı

Azərbaycan liderinin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü başlayıb

Növbəti Yazı

G7 xarici işlər nazirləri İordan çayının qərb sahilində İsrailin yaşayış məntəqələrinin genişləndirilməsini pisləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.