Sentyabr 12, 2025-0:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şəki Regional Elmi Mərkəzində tədbir: Plastik tullantısız yaşıl dünya naminə

2024:07:12 - 14:10
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində “Ruzgar” Ekoloji İctimai Birliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə “Plastik tullantısız yaşıl dünya naminə” mövzusunda dəyirmi masa keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki REM tərəfindən mühafizə edilən Baş Şabalıd biogeosenozu haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə AMEA-nın müxbir üzvü İslam Mustafayevin “Plastik tullantıların idarə olunması: problemlər, həlli yolları” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi ətraf mühitin qorunması üçün ictimai hərəkatın formalaşdırılmasının vacibliyini önə çəkərək bildirib ki, hazırda bu istiqamətdə mühüm addımlar atılır. Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi, torpaqların becərilməsi, yaşıllıqların salınması ekoloji problemlərin aradan qaldırılmasına verilən ən böyük töhfələrdəndir.

Professor İslam Mustafayev plastik tullantıları zərərsizləşdirməyin yollarından da bəhs edərək deyib ki, plastiklərdən istifadəni dayandırmaq, tullantıları təkrar emal etmək, ya da onları təbiətdən izolə etmək problemin həlli istiqamətində atıla biləcək vacib addımlardandır.

Tədbirdə, həmçinin “Azərbaycanda plastiklərin istehsalı və onların xassələri”, “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-a doğru”, “Şəki-Zaqatala bölgəsinin əsas ekoloji problemləri” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.

Sonda professor İslam Mustafayev “İqlim dəyişmələri üzrə xülasə” kitabını Şəki Regional Elmi Mərkəzinin kitabxanasına hədiyyə edib.

 

Əvvəlki Yazı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

Növbəti Yazı

KOBİA: Bu ilin I yarısında 32 sahibkar Almaniyada ixtisasartırma kursu keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.