Sentyabr 12, 2025-2:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AMB-yə daxil olan müraciətlərin icra statusunu izləmək mümkün olacaq

2024:07:12 - 15:13
in İQTİSADİYYAT
A A

Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşlara birbaşa və yaxud digər qurumlardan kağız daşıyıcı vasitəsilə ünvanladıqları müraciətlərin icra statusunu izləmək imkanı təqdim edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, müraciət edən şəxs contact.e-cbar.az internet səhifəsində yaradılmış digər müraciətlərim xanası üzərindən şəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla da müraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləmək üçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.

contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etdikdə icra barədə bildirişlər qeyd edilən mobil nömrəyə, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekun nəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydada göndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətinin izlənilməsi də mümkündür.

Maliyyə xidmətləri istehlakçıları və investorlar AMB-yə müraciətlərini aşağıdakı vasitələrlə ünvanlaya bilərlər:

  • 966 qaynar xətti ilə əlaqə saxlamaqla
  • Poçt ünvanına məktub göndərməklə
  • e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciət etməklə
  • AMB-nin inzibati bina və regional mərkəzlərinə yaxınlaşaraq qəbulda ərizə yazmaqla
  • Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə

“Bununla belə, ölkə Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağız daşıyıcıdan istifadənin azaldılması məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının və investorların AMB-yə contact.e-cbar.az internet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik. Əlavə sual yarandığı halda 966 qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Netanyahu İsrailin Filadelfiya dəhlizinə nəzarət etməsində israr edir

Növbəti Yazı

Media: Fransanın baş naziri Attal Renessans parlament fraksiyasının rəhbəri olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.