İsrail hərbçiləri şiə Hizbullah təşkilatının silahlı birləşmələrinin üzvləri tərəfindən ölkənin şimalını atəşə tutmasının qarşısını almaq üçün Livanın cənubuna zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl Livanın cənubundakı Deyr Mimas bölgəsində İsrail ərazisinə mərmi atmağa hazırlaşan iki Hizbullah terrorçusunu müəyyən edib, İsrail Hərbi Hava Qüvvələri terrorçulara zərbə endirib.
Bundan əlavə, İsrail artilleriyası “təhdidləri aradan qaldırmaq üçün” Livanın cənubundakı Kfar Killa və Alma əş-Şaab yaşayış məntəqələri istiqamətində atəş açıb. (Tass)