Fələstin HƏMAS hərəkatının Xan Yunis şəhərindəki silahlı qanadının lideri Əl-Məvasi bölgəsində İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrail qüvvələrinin Əl-Məvasi bölgəsinə reydi zamanı HƏMAS-ın hərbi qanadının Xan Yunis briqadasının komandiri Rafiya Sələmə öldürülüb.
HƏMAS hələlik bu məsələyə münasibət bildirməyib. Eyni zamanda, radikal hərəkat nümayəndəsi deyib ki, “İsrail ordusunun Xan Yunis yaxınlığındakı zərbəsinin qurbanı yalnız mülki şəxslər olub”.
Al Hadath telekanalının qeyd etdiyi kimi , İsrailin Əl-Məvasiyə hücumunun əsas məqsədi radikal HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd əl-Deyfi məhv etmək olub. Onun vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur. (Tass)