ABŞ-ın keçmiş prezidenti Donald Trampın şənbə günü Pensilvaniyada keçirdiyi mitinqdə güllələnən iki nəfərin vəziyyəti kritik olaraq qalır. Bu barədə ştat polisinin sözçüsü Corc Bivens bildirib.
“Cəmi üç qurban var idi, onlardan ikisi ağır yaralandı, Trampa atəş açan biri öldürüldü”, o, mətbuat konfransında deyib. Bivens yaralıların yetkin kişilər olduğunu bildirib. (Tass)