ABŞ-da gələcək prezident seçkilərinin nəticələrinin legitimliyi ştatların özlərinə aid olan məsələdir, Rusiya buna qarışmır;
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentliyinə mümkün namizəd Donald Trampa sui-qəsdin 2024-cü il seçkilərinin nəticələrinin legitimliyinə təsir edib-etməməsi sualını cavablandırarkən deyib.
“Mühakimə etmək bizim işimiz deyil, buna qarışmaq istəyimiz yoxdur, bu, ABŞ-ın daxili işidir”, – Kreml nümayəndəsi bildirib. (Tass)