Dünyanın əsas siyasi mərkəzləri – ABŞ, Avropa İttifaqı və Çin Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək üçün bir araya gələrsə, Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşəcək. Bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Kossuth radiostansiyasının bazar günü proqramında bildirib.
O qeyd edib ki, dünya siyasətində Ukrayna münaqişəsinə son qoymağa nail ola biləcək üç əsas oyunçu var: sülh yolu ilə nizamlanma planını təklif edən Çin, hazırda “seçki kampaniyasında xaos”un hökm sürdüyü ABŞ və “Amerika siyasətini kopyalamaqdan başqa heç nə etməyən” Avropa İttifaqı.
“Əgər iki və ya daha yaxşısı, hər üç əsas oyunçu sülhməramlı mövqe tutsaydı, o zaman indi hərbi əməliyyatları intensivləşdirməyə çalışan müharibə edən tərəflərin də sülhə doğru irəlilədiklərini nümayiş etdirməyə hazır olduqlarını göstərmək şansı olardı, eskalasiya [münaqişə] deyil”, – XİN rəhbəri bildirib. (Tass)