BƏƏ əsas hökumət postuna can atmaq niyyətində olan keçmiş Amerika lideri Donald Trampa sui-qəsd cəhdini qətiyyətlə pisləyir. Bu barədə ABŞ-ın eks-prezidenti ilə həmrəylik ifadə edən ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirliyin rəsmi saytında dərc olunan mətndə deyilir: “BƏƏ ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı atışma hadisəsini qətiyyətlə pisləyir”. BƏƏ Xarici İşlər Nazirliyi “prezidentliyə namizəd Donald Tramp və onun ailəsi, habelə ABŞ hökuməti və xalqı ilə həmrəy olduğunu” bildirir. İdarədən həmçinin eks-prezidentə şəfa diləyiblər. (Tass)