“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində kartofçu-fermerlərə nəzəri təlim keçirilib.”APA-Economics” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilən təlimi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Hikmət Nəsirov keçib. O, “Kartofdan yüksək məhsul alınmasının becərmə texnologiyası” mövzusunda təqdimatla çıxış edərək, fermerlərə kartofun növbəli əkində yeri, torpağın əkinqabağı becərilməsi, gübrələmə sistemi, əkin materialı və onun hazırlanması, əkin, bitkilərə qulluq, məhsul yığımı, kartofun saxlanma şəraiti haqqında ətraflı məlumat verib.