Sentyabr 11, 2025-22:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

2024:07:15 - 14:05
in SİYASƏT
A A

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunun təşkilatçılığı ilə 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Gəncənin Ekoloji Park Kompleksində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyə çevriliş cəhdi ilə üz-üzə qaldı. Bununla belə, xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətənini, dövlətini və demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün türk milləti şəhid və qazilərini rəhmət və ehtiramla xatırlayır.Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, məhz 2016-cı ilin 15 iyul tarixində Türkiyə xalqı irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirərək dövlət çevrilişinə cəhd zamanı bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən Prezident İlham Əliyev Türkiyə dövlətinə dəstəyini açıq şəkildə ifadə etdi.Çıxışlardan sonra şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.Tədbirin davamı olaraq Gəncənin Ekoloji Park Kompleksinin ərazisində şəhidlərin xatirəsinə ağac əkilib.

Əvvəlki Yazı

“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində təlim keçirilib

Növbəti Yazı

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib –

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.