Moldovanın energetika naziri Viktor Parlikov Rumıniyanın ölkənin şimal rayonlarını elektrik enerjisi ilə təmin edən Moldovanın RED Nord və FEE Nord müəssisələrini almaq niyyətini alqışlayıb. O, bunu ötən həftə belə planları açıqlayan Rumıniyanın baş naziri Marsel Çiolakunun mesajını şərh edərkən bildirib.
“Biz Rumıniya tərəfinin bu iki şirkətə marağını alqışlayırıq. Rumıniya Aİ-nin üzvüdür və enerji sektorunun idarə edilməsində Avropa standartlarının tətbiqində qabaqcıl təcrübəyə malikdir”, – Parlicov qeyd edib”.
Parlicov qeyd edib ki, Moldova və Rumıniyada təbii qaz və elektrik şəbəkələrinin birləşdirilməsi Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən yaradılan ən mühüm hökumət layihələrindən biridir. “Biz artıq Rumıniya ilə sıx əməkdaşlıq edirik və iki ölkənin enerji bazarlarını birləşdirərək, Aİ-yə qoşulmazdan əvvəl 2029-cu ilə qədər Avropa İttifaqının enerji bazarının bir hissəsi olmağı hədəfləyirik” deyib. (Tass)