Avqust 25, 2025-21:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

DİM: İmtahan iştirakçısı mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib

2024:07:15 - 15:20
in SOSİAL
A A

Ötən gün I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə keçirilən qəbul imtahanında bir iştirakçı öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib.

“Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM imtahan iştirakçılarını tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırıb.

Qeyd olunub ki, imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir: “Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir. Ancaq təəssüf ki, tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir. Dövlət İmtahan Mərkəzinin bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılsa da, bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir”.

“Məlumat verildiyi kimi, dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub. Aşağıdakı görüntülərdən də aydın olduğu kimi, bir imtahan iştirakçısı isə öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib.
Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”, – məlumatda bildirilib.

Əvvəlki Yazı

Şahin Bağırov Qaxda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.