İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəb binasına hücumu nəticəsində ən azı 22 nəfər ölüb, 102 nəfər yaralanıb. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin rəsmi teleqram kanalında dərc olunan bəyanatda deyilir: “İsrailin dünən Nuseyrat düşərgəsindəki Əbu Oreyban məktəbində müvəqqəti köçkünlərə qarşı dəhşətli hücumu nəticəsində 22 nəfər həlak olub, daha 102 nəfər yaralanıb.
Nazirlik bildirib ki, Fələstin anklavında cəmi 24 saat ərzində ən azı 80 nəfər ölüb, 216 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-də eskalasiyanın başlamasından bu yana ölənlərin ümumi sayı 38.664-ə yüksəlib, ən azı 89.097 fələstinli zərər çəkib. (Tass)