Georgi Tixi Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təyin edilib. Bu barədə nazirliyin “Telegram” kanalında yaydığı məlumatda deyilir .
“Ukrayna Xarici İşlər Nazirliyi yeni nümayəndə təyin edib.
Təyin olunmazdan əvvəl Tixi dörd ildən artıq Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın kommunikasiyalar üzrə müşaviri vəzifəsində çalışıb, bu barədə özünün Facebook səhifəsində yazıb.
Ukrayna Xarici İşlər Nazirliyinin əvvəlki rəsmi nümayəndəsi Oleq Nikolenko martın 8-də istefa verdiyini açıqlayıb. O, hazırda Kanadanın Toronto şəhərində baş konsul vəzifəsini tutur. (Tass)