2023-cü il oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində 4400 fələstinlini terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək həbs edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılanların 1850-si Qəzza zolağında hakim olan radikal Həmas hərəkatı ilə əlaqəlidir. (Tass)