Avropa Parlamentinin üzvləri Qəzza zolağında münaqişə və ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdinin müzakirəsinin Strasburqda keçirilən plenar iclasın gündəliyinə daxil edilməsinin əleyhinə səs veriblər. İclas parlamentin saytında yayımlanır.
Qəzza münaqişəsinin bu gün günortadan sonra “əsas müzakirə mövzusu”na çevrilməsi təklifi Solçu qrupdan gəlib. Trampa sui-qəsdlə bağlı məsələni sağçı “Avropa Vətənpərvərləri” qruplaşmasının nümayəndələri qaldırıb. Və onların səsləndirdiyi təkliflərdən sonra heç bir iclas iştirakçısı belə bir fikir söyləməsə də, hər iki halda iclasda iştirak edənlərin əksəriyyəti bu məsələlərin gündəliyə salınmasının əleyhinə səs verib. Beləliklə, çərşənbə günü yeganə müzakirə mövzusu Aİ-nin Ukraynaya davamlı dəstəyi məsələsi olub. (Tass)