100-dən çox qeyri-hökumət təşkilatı (QHT) Gürcüstanın Konstitusiya Məhkəməsində xarici agentlər haqqında qanuna etiraz etmək qərarına gəlib. Bu barədə İnformasiya Azadlığının İnkişafı üzrə QHT İnstitutunun nümayəndəsi Georgi Davituri brifinqdə bildirib.
“Bu dəfə 121 qeyri-hökumət təşkilatı Gürcüstanın Konstitusiya Məhkəməsinə iddia qaldırır, eyni zamanda, qanunun konstitusiyaya zidd müddəalarının (xarici agentlər haqqında) dayandırılması üçün məhkəməyə müraciət edəcəyik”- deyib.
İyulun 15-də Gürcüstan prezidenti Salome Zurabişvilinin əcnəbilərlə bağlı qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldıracağı məlum olub. (Tass)