Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 738,2 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 83,2 %-i və yaxud 58 milyard 000,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,8 %-i və yaxud 11 milyard 737,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 711 milyon ABŞ dolları və yaxud 1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 627,8 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 83,2 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 milyard 627,2 milyon ABŞ dolları və yaxud 8,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 85,5 milyon ABŞ dolları və yaxud 5,6 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 541,7 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.
ARDNF-in
valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin
valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın
strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
01.01.2024 | 56 069,7 | 11 613.0 | 67 682,7 |
01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |
01.07.2023 | 54 915,1 |