Pilotsuz təyyarə texniki nasazlıq səbəbindən fələstinli qaçqınların Nur Şəms düşərgəsi yaxınlığında qəzaya uğrayıb
/TASS/. İsrail ordusuna məxsus pilotsuz uçan aparat İordan çayının qərb sahilində qəzaya uğrayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, insident səhər tezdən baş verib;
“Məlumat sızması qorxusu yoxdur və hadisə araşdırılır”, – ordudan bildiriblər.