İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah şiə təşkilatının silahlı birləşmələrinin hədəflərinə yeni zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, vurulan hədəflər arasında Aytarun kəndi ərazisindəki infrastruktur obyektləri və Ait əl-Şaab yaxınlığındakı atış qurğusu da olub.
“İsrail Müdafiə Qüvvələri İsrail dövlətini qorumaq üçün Hizbullah terror təşkilatının təhdidinə qarşı tədbirlər görməyə davam edəcək”, – deyə mətbuat xidməti bildirib. (Tass)