Sentyabr 11, 2025-20:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR karbon kreditlərinin növbəti satışına hazırlaşır

2024:07:18 - 14:25
in İQTİSADİYYAT
A A

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropa bazarında karbon kreditlərinin növbəti satışına hazırlaşır.“Report” xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.Onun sözlərinə görə, SOCAR karbon kreditləri ilə bağlı artıq layihə həyata keçirib və bu, uğurlu reallaşıb: “Bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Nəticədə əldə edilən azalma həcmləri Almaniya bazarlarında satılaraq, SOCAR tərəfindən təkrar “yaşıl” layihələrə sərmayə kimi cəlb olunub”.M. Qurbanlı onu da qeyd edib ki, hazırda bu sahədə ikinci layihə həyata keçirilir: “Layihə çərçivəsində 170-dən çox sızma müəyyən edilib ki, onların aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir. Bunun nəticəsində də əldə olunan karbon kreditlərinin Avropada, Almaniya bazarında satışı nəzərdə tutulub”.Qeyd olunan sahədə Almaniyada qanunvericiliyin dəyişdiyini diqqətə çatdıran departament rəisi bildirib ki, yeni tələblər müəyyənləşdirilib və layihə bunlara uyğun olaraq təkmilləşdiriləcək.

Əvvəlki Yazı

Polşa ukraynalı oliqarx Firtaşa qarşı sanksiyalar tətbiq edib

Növbəti Yazı

Yonhap: Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları atıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.