Gürcüstan prezidenti Salome Zurabişvili respublikanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının Abxaziyanın Oçamçira bölgəsində Rusiya hərbi-dəniz bazası açmaq planları ilə bağlı reaksiya verməyə çağırıb.
“Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti dərhal reaksiya göstərməyə çağırıram (Rusiya Federasiyasının Abxaziyada baza açmaq planları ilə əlaqədar – TASS qeydi),” Gürcüstan lideri bəyanatında bildirib.
Zurabişvili həmçinin qeyd edib ki, Abxaziyada hərbi-dəniz bazasının açılması qərarı Qara dəniz regionu və Gürcüstanın Avropa inkişafı üçün təhlükə yaradır.
Gürcüstan Xarici İşlər Nazirliyi artıq cümə axşamı Abxaziyada Rusiyanın hərbi-dəniz bazasının yaradılması planlarından narahatlığını bildirib.