Sentyabr 12, 2025-1:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ramin Məmmədov: Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb

2024:07:18 - 17:05
in SOSİAL
A A

Biz heç şübhəsiz ki, İslam dünyasının bir parçasıyıq. Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb. Biz bu gün haqlı olaraq ilk dəfə qadınlara səsvermə hüququ verilən ölkənin vətəndaşları olmaqdan qürur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans çərçivəsində keçirilən panel iclasda səsləndirib.

Şərqdə ilk qadın opera bəstəkarının, ilk təyyarəçi xanımın, ilk qadın kinorejissorun azərbaycanlı olduğunu xatırladan komitə sədri bunun Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına önəmli töhfələr verdiyini təsdiqləyən faktların yalnız bir hissəsi olduğunu bildirib. Deyib ki, bu, həmçinin xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir.

İşğala son qoyduqdan sonra dövlətimiz azad olunmuş torpaqlarda xariqələr yaratdığını söyləyən R.Məmmədov Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu söyləyib. Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işlərinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Əvvəlki Yazı

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

Növbəti Yazı

Ukraynada keçmiş müşaviri Yanukoviçin 24 milyon dollarlıq əmlakına həbs qoyulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.