Sentyabr 12, 2025-15:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Aşqarlar Kimyası İnstitutunda 22 İyul – Milli Mətbuat Günü qeyd edilib

2024:07:18 - 17:58
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, görüşdə institutun direktoru akademik Vaqif Fərzəliyev rəhbəri olduğu müəssisənin elmi fəaliyyət istiqamətləri, əldə edilən elmi nailiyyətləri, perspektivləri haqqında məlumat verib. O vurğulayıb ki, bu mühüm məlumatların publisistik dildə ictimaiyyətə operativ və dolğun şəkildə çatdırılmasında mətbuatın rolu çox böyükdür.Akademik qeyd edib ki, institutun əməkdaşlıq etdiyi mətbuat orqanları həmişə obyektivliyi qoruyaraq xalqa Azərbaycanda elmin mövcud vəziyyəti ilə bağlı həqiqətləri çatdırır və ictimaiyyətdə Azərbaycan elmi və alimləri haqqında düzgün rəy və fikirlərin formalaşmasına töhfə verirlər.Akademik bu günlərdə dövlətin ali mükafatına layiq görülən institutun mühüm kompleks-elmi nailiyyətinin geniş və aydın şəkildə elmi ictimaiyyətə çatdırılmasında mətbuatın həlledici amil olduğunu söyləyib.Direktor bundan sonra da Aşqarlar Kimyası İnstitutu kollektivinin ölkənin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına yönələn strateji məqsədli səmərəli fəaliyyətini davam etdirəcəyini və bu sahədə bütün ölkə mətbuatı ilə əməkdaşlığa önəm veriləcəyini qeyd edib.İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev ölkəmizdə kifayət qədər həqiqi qələm sahiblərinin olduğunu qeyd edib və jurnalistlərin işlərinə uğurlar arzu edib.Görüşə dəvət olunduqlarına görə institut rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirən media nümayəndələri elmin populyarlaşması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.Sonda mətbuat nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Əvvəlki Yazı

Vətəndaşların şəxsi məlumatlarını rüsvayedici formada yayacağı ilə hədələməkdə şübhəli bilinən xaker saxlanılıb

Növbəti Yazı

BANM-in tələbəsi ABŞ-da keçirilən simpoziumda iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.