ABŞ prezidenti Co Bayden Konqres liderlərinin, Demokrat Partiyasının üzvlərinin və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçki yarışından çıxdığını elan edə bilər. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, hazırkı prezidentin partiya üzvləri, yaxın adamları, eləcə də seçki kampaniyasının ən böyük donorları hesab edirlər ki, Bayden yaşı ilə bağlı ictimai rəyi dəyişməyəcək, Konqresdə çoxluğu təmin etməyəcək və əsas rəqibinə qalib gəlməyəcək. (Tass)