Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin ikitərəfli münasibətlərə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib. O, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığında bildirib.
“Prezident Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin Amerika xalqına fayda verəcəyinə və Türkiyə-Amerika münasibətlərinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib”, – Türkiyə Prezident Administrasiyasının söhbətdən sonra verdiyi açıqlamada deyilir.
Ərdoğan qeyd edildiyi kimi, Trampa qarşı sui-qəsdi bir daha pisləyib və ona tezliklə sağalmasını arzulayıb. (Tass)