İraqda ABŞ qüvvələrinin yerləşdiyi Ayn əl-Əsəd hərbi hava bazası kamikadze pilotsuz uçuş aparatları ilə vurulub. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
“İyulun 16-da iki kamikadze pilotsuz uçan aparat İraqdakı Ayn əl-Əsəd bazasında Amerika və koalisiya qüvvələrinə hücum edib. Bir PUA uğurla məhv edilib, ikincisi bazaya çatıb, lakin minimal ziyan vurub”, – o deyib. (Tass)