Livan Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində üzən gəmidən bir qrup miqrantı xilas etmək üçün əməliyyat keçirib. Bu barədə TASS-a Tripoli dəniz limanının administrasiyasındakı (Beyrutdan 90 km) mənbə bildirib.
“124 nəfər sahilə çıxarılıb”, – deyə mənbə bildirib: “Onların hamısı Suriya vətəndaşlarıdır və Avropaya üzmək üçün qanunsuz olaraq Livan ərazisinə keçiblər”.
Onun sözlərinə görə, sahildə olan qocalara, qadınlara və uşaqlara lazımi tibbi yardım, yemək və sığınacaq verilib.
Gəminin mühərriki sıradan çıxdıqdan sonra sərnişinlər kömək üçün hərbi dənizçilərə müraciət ediblər. “Xoşbəxtlikdən dəniz fırtınalı olmayıb və xilasetmə əməliyyatı uğurla başa çatıb”, – mənbə qeyd edib. (Tass)