ABŞ İran Amerika vətəndaşları üçün təhlükə yaradarsa, ona qarşı tədbir görməkdən çəkinməyəcək. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə İran hakimiyyətinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd hazırlaması ilə bağlı iddiaları şərh edərkən deyib.
“Biz İran rejimini məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik və öz vətəndaşlarımızı, o cümlədən keçmiş məmurları qorumaq və maraqlarımızı İranın təhdidlərindən qorumaq üçün lazım olan hər şeyi etdiyimizə əmin olacağıq” deyib.
Patel, lakin konkret hansı tədbirlərin müzakirə oluna biləcəyini açıqlamayıb. (Tass)