Aİ genişlənmə ehtimalı ilə bağlı tərəddüdlü mövqeyini yenidən nəzərdən keçirməli və namizəd dövlətlərə icmaya üzvlük əldə etmək üçün aydın yol xəritəsi təqdim etməlidir. Çexiyanın Baş naziri Petr Fiala Qranadada keçirilən Aİ-nin qeyri-rəsmi sammitindən sonra jurnalistlərə bildirib.
“Aİ genişlənmə məsələsinə artıq indiki kimi yarıtmaz yanaşa bilməz,” o deyib: “Aİ namizəd dövlətlər üçün daha aydın yol xəritəsi hazırlamalıdır”.
Fiala qeyd edib ki, namizəd dövlətlərin icmaya qəbulu prosesi çox uzun çəkir. Məsələn, Balkan yarımadasının qərb hissəsində yerləşən bəzi ölkələr 10 ildən artıqdır ki, namizəd statusundadır. O, həmçinin Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlanmasının tərəfdarı olduğunu bildirib. (Tass)