Avqust 25, 2025-23:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərkosmos” rəsmisi: İqlim dəyişiklikləri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var

2024:07:19 - 15:41
in İQTİSADİYYAT
A A

Hazırda dünyada aktiv müzakirə olunan mövzulardan biri də iqlim dəyişiklikləridir. Bu mövzu 2024-cü ildə daha aktiv müzakirə edilir.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.İqlim dəyişiklikləri ilə mübarizənin ümumi iş olduğunu qeyd edən Dunay Bədirxanov mətbuatın bu istiqamətdə önəmini vurğulayıb.“İqlim dəyişiklikləri ilə mübarizədə kosmik vasitələrin xüsusi rolu var. Belə ki, kiçik ərazilərə baxdıqda bunu gözdən qaçırmaq mümkündür. Ancaq kosmik vasitələr, təsvirlər, ildən-ilə onların təkrarlanması imkan verir ki, böyük ərazilərdə bu dəyişikliklər açıq müşahidə olunsun. Son illərdə Azərbaycanda da kosmik təsvirlərin əldə edilməsi, emalı və məlumatların əldə edilməsi olduqca inkişaf edib. Burada “Azərkosmos”un Coğrafi-informasiya sistemləri mərkəzinin xüsusi rolu var. Bu imkanlardan istifadə edərək, biz artıq bir neçə ildir ki, kosmik vasitələrdən əldə etdiyimiz təsvirlər vasitəsilə iqlim hesabatını dərc edirik. Bu hesabatda biz həm Azərbaycanda, həm də Xəzər dənizi hövzəsində iqlim dəyişikliklərinin təsirini müşahidə edə bilirik. Bu məlumatlar ölkəmizdə müxtəlif sahələrə – ekologiya, su və digər təbii sərvətlər, həmçinin kənd təsərrüfatına və onun resurslarına təsiridir. Bu müşahidə olunan dəyişiklikləri ictimaiyyətə daha dəqiq təqdim etmək üçün “Azərkosmos” tərəfindən “climatereport.az” veb-saytını istifadəyə verdik. Bu platforma iqlim dəyişikliklərini interaktiv şəkildə təqdim etməyə imkan verir. Bu məlumatlar ümumi ictimaiyyət nümayəndələri, həmçinin alimlər, bu sahədə araşdırma aparan elmi təşkilatlar, media nümayəndələri üçün nəzərdə tutulub”, – deyə Dunay Bədirxanov əlavə edib.

Əvvəlki Yazı

Polşa Belarusla sərhəddə baş verən epidemiya səbəbindən əsgərlər arasında borreliozun qarşısının alınmasını gücləndirəcək

Növbəti Yazı

Ekspert bildirib ki, Afrika Qərbin təzyiqlərinə baxmayaraq Rusiyanı seçir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.