İsrail Hərbi Hava Qüvvələri Hizbullah şiə təşkilatının hərbi birləşmələrinin silah anbarlarına hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, zərbələrin hədəfi Livanın cənubundakı Blida və Teir Harfa yaşayış məntəqələri olub.
“Zərbə zamanı ərazidə ikinci dərəcəli partlamalar aşkar edilib ki, bu da bu strukturda əlavə silahların olduğunu göstərir”, – mətbuat xidməti bildirib.