İsrail qırıcıları Hudeyda limanındakı “ikili təyinatlı obyektlərə” və “enerji infrastrukturuna” hücum edib.
Bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
“Biz [İsrail ordusu] ikili təyinatlı obyektlərə, o cümlədən enerji infrastrukturuna hücum etdik” deyib Həcəri. “Bu, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən ən uzun hücumlardan biri olan mürəkkəb bir hücum idi” deyib.