İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlayan raket hücumları fonunda ehtiyatda olan hərbçilərin orduya cəlb edilməsi barədə göstəriş verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Müdafiə naziri Yoav Qalant indi İsrail Müdafiə Qüvvələrinin tələblərinə uyğun olaraq ehtiyatda olan şəxsi heyətin çağırışını təsdiqləyib”, – məlumatda deyilir. (Tass)