İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda limanına hücumu nəticəsində azı 6 nəfər həlak olub. Bu məlumatı Al Hadath telekanalı verib.
Bundan əvvəl İsrailin hava hücumu nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.
Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatına yaxın olan “Al Masirah” telekanalının məlumatına görə , Hudeydəyə hücum zamanı 87 nəfər yaralanıb. Onların bir çoxunun vəziyyəti ağırdır. Qurbanların əksəriyyəti İsrail Hərbi Hava Qüvvələrinin bombalaması nəticəsində baş verən yanğında ağır yanıqlar alıb. (Tass)