Avqust 21, 2025-18:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV

2024:07:22 - 12:48
in SİYASƏT
A A
II Şuşa Qlobal Media Forumunun sonuncu günü “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” mövzusunda panel müzakirələrlə başlayıb.“Report”un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, müzakirələrə “Haber Global”ın aparıcısı Saynur Tezel moderatorluq edib.“Pakistan daily” qəzetinin redaktoru Hamza Azhar hesab edir ki, süni intellekt KİV-də yaxşı tətbiq oluna bilər.“Jurnalistika süni intellektdən istifadə edə bilər, bu sahədə təlimlər çox vacibdir, lakin süni intellekt sahəsində təkcə jurnalistlər Davranış Kodeksi yaratmalı deyil, BMT-nin bu məsələ ilə məşğul olması daha yaxşı olardı”, – o qeyd edib.Milli Layihələrin Strateji Araşdırmalar Agentliyinin direktor müavini və Koreya Siyasi Elmlər Assosiasiyasının vitse-prezidenti Gi Un Çjonun sözlərinə görə, süni intellektdən istifadə edərək yaradılan və yayılan dezinformasiya ilə mübarizə aparmaq üçün hər bir ölkə öz texnoloji müdafiəsini yaratmalıdır.”Məsələn, biz Cənubi Koreyada “Microsoft”a alternativ proqram yaratmışıq. Hesab edirəm ki, hər bir ölkənin daxili ehtiyacları və xüsusiyyətləri nəzərə alınmaqla bu cür alternativləri olmalıdır. Dezinformasiyaya qarşı mübarizəyə gəlincə, süni intellektin köməyi ilə məlumatların istifadəsi çox vacibdir, lakin son məhsulun istehsalçıları məsuliyyət daşımalıdırlar”, – o qeyd edib.Daha sonra çıxış edən Qlobal Siyasət İnstitutunun prezidenti Paolo Von Şirah süni intellektin sənayedə və insan fəaliyyətinin digər sahələrində faydalarından danışıb.”Süni intellektin aşkar üstünlükləri var, o, böyük həcmdə məlumatı emal edir, işdə kömək edir. Bununla belə, süni intellektlə diqqətli olmaq lazımdır. Kompüter öz-özünə fəaliyyət göstərəndə bu, kabusa çevriləcək, çünki onun yalnız müsbət istiqamətdə istifadəsini məhdudlaşdırmaq və ya tənzimləmək çətin ki, mümkün olsun”, – o bildirib.Afrika İttifaq Komissiyasının informasiya və kommunikasiyalar üzrə direktoru Lesli Riçer öz çıxışında qeyd edib ki, süni intellektdən qorxmaq yox, onu bəşəriyyətin xeyrinə inkişaf etdirmək lazımdır.”Çox vaxt süni intellektdən istifadə edilməklə Afrika qitəsi haqqında məlumatlar ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Dünyada bir çoxları Afrikanı bir ölkə hesab edir və qitənin ərazisi, burada yaşayan xalqlar və onların adət-ənənələri haqqında heç bir təsəvvürü yoxdur. Afrika İttifaqı süni intellektdən istifadə edərək dünyaya dəqiq məlumatların çatdırılması üzərində işləyir. Biz Vikipediyanın sahibi olan Wikimedia Fondu və media birlikləri ilə əməkdaşlıq edirik.Bütün bunlar süni intellektdən istifadə edilərək yayılan məlumatların təhrif olunmasına qarşı mübarizə aparmaq üçündür. Biz süni intellektin bütün imkanlarını görməli və onu müsbət istiqamətdə inkişaf etdirməyə çalışmalıyıq”, – o bildirib.
Əvvəlki Yazı

Xarici ölkələrdən 24 nəfər Azərbaycana ekstradisiya edilib

Növbəti Yazı

Azərbaycandakı taxıl sahələrinin 90 %-də biçin yekunlaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.