Böyük Britaniya hökuməti prezident seçkilərinin nəticəsindən asılı olmayaraq istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır. Bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmer Sky News telekanalında bildirib.
“Amerika xalqı kimi seçirsə, onunla işləyəcəyik” deyən o, “ölkələr arasında xüsusi münasibətlərin” onilliklər ərzində mövcud olduğunu əlavə edib. ABŞ prezidenti Co Baydenin noyabrda keçiriləcək seçkilərdə yenidən prezidentlik uğrunda yarışmaqdan imtina etməsindən danışan Starmer Amerika liderinin qərarına hörmətlə yanaşdığını qeyd edib. (Tass)