Sentyabr 12, 2025-12:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda yazlıq əkinlərə görə subsidiyalar verilir

2024:07:22 - 15:20
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2023-cü il 20 aprel tarixli Fərmanına əsasən muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına subsidiyaların verilməsinin müvəqqəti qaydası təsdiq olunub. Bu qayda muxtar respublikada elektron kənd təsərrüfatı informasiya sistemi yaradılanadək, eləcə də ölkənin informasiya sisteminə inteqrasiya olunanadək sözügedən şəxslərə subsidiyaların verilməsinin qaydalarını, şərtlərini müəyyən edir. Ümumiyyətlə aqrar sahə üzrə əkin, məhsul, toxum, heyvan, barama və arı subsidiyaları verilir.Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Tural Haqverdiyev söyləyib.O qeyd edib ki, subsidiyalar qeyd edilən inteqrasiya prosesi icra olunanadək müvafiq icra hakimiyyətləri orqanlarına müraciət əsasında müəyyənləşir.“Belə ki, bu məqsədlə təsərrüfatçıların torpaq üzərində hüquqlarına dair sənədləri, sahədə hansı əkinin aparılması barədə məlumatları əks etdirən icmal siyahısı hazırlanaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur. Nazirlik isə fermerlərə nəzərdə tutulan subsidiyaların verilməsi üçün müvafiq bankla razılaşdırmaqla plastik kartların hazırlanmasını və subsidiyanın verilməsini təmin edir. Subsidiyaların 25 faizi nağdlaşdırılmaqla, 75 faizi isə nağdsız şəkildə ödənilir. Ümumiyyətlə aqrar sahə üzrə müəyyən olunmuş qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı, əkilən torpaqlara görə subsidiyalar verilir. Məlumat üçün onu da qeyd edim ki, bu qaydanın müvafiq hissəsinə uyğun olaraq 2025-ci il yanvar ayının 1-dən etibarən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin dövlət reyestrindən çıxarışı olmayan şəxslərə subsidiyalar verilməyəcək. Məbləğlər əmsallarla müəyyənləşir. Subsidiyada baza məbləği kənd təsərrüfatı məhsulları üzrə subsidiyaların hesablanmasında sabit maliyyə vahididir. Bu məbləğ 200 manatdır. Hər bir əmsal isə bitkinin istehsal sahəsi və həcminə görə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən göstəricidir. Bitkilər üçün əmsal müəyyən edilərək baza məbləğinə vurulur və beləcə nə qədər subsidiya veriləcəyi müəyyənləşdirilir. Nümunə üçün deyim ki, taxıl üçün 1,1 əmsal nəzərdə tutulub ki, bu da 200 manata vurularaq 220 manat məbləğində subsidiya edir. Bunun 25 faizi, yəni 55 manatı nağd, qalan 75 faizi isə nağdsız ödənilir. Son olaraq onu qeyd edim ki, muxtar respublikada ötən ilin payızlıq əkinləri üçün subsidiyaların verilməsi prosesi tam başa çatıb, hazırda yazlıq əkinlərə görə subsidiyalar verilir”, – deyə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi əlavə edib.

 

Əvvəlki Yazı

Malayziya BRİKS və İƏİT-ə qoşulmaq niyyətini açıqlayıb

Növbəti Yazı

Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.