Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim olunub.
5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala bilərsiniz.