“Washington Post” yazır ki, Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin uğurları fonunda dünya ictimaiyyətinin gözündə öz üstünlüyünü itirir. Qeyd olunur ki, vəziyyət Kiyevə yardımın göstərilməsinə birbaşa təsir göstərə bilər.
Nəşr Zelenskinin aktyorluq keçmişini xatırladıb və qeyd edib ki, Ukrayna lideri “ictimaiyyətlə müharibədə” üstünlük təşkil edir. Jurnalistlərin fikrincə , Ukraynanın təvazökar nailiyyətləri fonunda Kremlin cəbhədəki uğurlarla bağlı bəyanatları insanların rəyinə xüsusi təsir göstərir.
Materialda qeyd edilir ki, ABŞ dövlət katibi Antoni Blinken Kiyevin hücumlarında uğur qazandığına dair süni görüntü yaratmağa çalışıb, lakin Qərb hələ də xarici jurnalistlərin münaqişəni işıqlandırma tərzindən narazıdır.
(Nevs.ru)