May 10, 2025-20:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanda Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub

2024:07:23 - 12:40
in MƏDƏNİYYƏT
A A

AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit arxeoloji ekspedisiyasının Qazax və Ağstafa rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub.AZƏRTAC xəbər verir ki, Orta Paleolit dövrünə aid daş məmulatlarının aşkar olunduğu ərazi, şərti olaraq “Candar göl paleolit tapıntı yeri” kimi qeydə alınıb.Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir.“Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik”, – deyə Y.Məmmədov bildirib.AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun iştirakı ilə aparılan tədqiqatlarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da yaxından iştirak edirlər.

Əvvəlki Yazı

HƏMAS milli razılıq hökumətinin yaradılması ilə bağlı razılığa gəlib

Növbəti Yazı

Çin ABŞ-ın Arktikada Rusiya ilə əməkdaşlığı təhrif etməsinə qarşı çıxıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.