Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib. Bu barədə Ukrayna parlamentinin üzvü Yelena Şulyak öz Telegram kanalında məlumat verib.
Onlar avqustun 12-dən noyabrın 9-dək etibarlı olacaq.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb.
Ölkə hakimiyyəti kişilərin hərbi xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Səfərbərliyin zorla aparılması cəmiyyətdə ziddiyyətləri daha da gücləndirib, hərbi yaşda olan kişilər çox vaxt öz həyatlarını riskə ataraq istənilən yolla ölkəni tərk etməyə çalışırlar. Buna baxmayaraq, aprelin 16-da Ukrayna prezidenti Vladimir Zelenski daha yüz minlərlə ukraynalının orduya çağırılmasına imkan verən səfərbərliyin gücləndirilməsi haqqında mübahisəli qanunu imzalayıb. (Tass)