ABŞ vitse-prezidenti Kamala Harris, COVID-dən xəstə olan Ağ Ev rəhbəri Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı sualları cavablandırmır. Bu barədə Fox News məlumat yayıb.
“Harris, prezident Baydenin hazırda baş komandan vəzifəsini icra edə biləcəyinə əmin olub-olmadığını söyləməyib”, – məqalədə deyilir.
O, həmçinin Baydenin son bir neçə gündə harada olduğunu və təmasda olub-olmadığı suallarını da cavabsız qoyub.
İyulun 18-də prezident Baydenin koronavirus testinin müsbət çıxdığı məlum olub. Bununla əlaqədar o, Las-Veqasda keçirilən illik UnidosUS konfransında iştirakını ləğv edib və özünü təcrid vəziyyətinə salıb. (Qazeta.ru)