Miqrantların hücumuna məruz qalan Rusiya Dumasının deputatı Mixail Matveyev ölkədə məscid tikintisinin əleyhinə çıxış edib.
Ritorika.az lenta.ru saytına istinadən xəbər verir ki, Dumanın rəsmi portalından yayımlanan iclasda deputatın başının zədəli olduğunu təsdiqləyən sarğı olduğu görünüb.
Deputat belə bir praktikanın heç bir ölkədə olmadığını qeyd edib.
“Belə bir hal heç yerdə yoxdur. Hər il Türkiyəyə milyonlarla turist gedir. Orada turistlər üçün məbəd tikmirlər axı. Bizdə isə onlar özləri üçün əlavə dini məbədlərin tikilməsini tələb edirlər” – Matveyev deyib.
Deputat həm də qanunda dəyişiklik etməyə, miqrantları məişət zəminində rusiyalılarla münaqişəyə girməkdən çəkindirməyi məcbur etməyə çağırıb.
Dumada Matveyevin heç bir təklifini qəbul edilməyib.
İyulun 18-də Samara şəhərində maşınını tərk edən deputat miqrantların hücumuna məruz qalıb. Siyasətçi başından daşla zərbə alıb. Faktla bağlı cinayət işi açılıb.
İsmayıl Rafiqoğlu