İran Fələstin radikallarının İsraildə başlatdığı Əl-Əqsa tufanı əməliyyatını dəstəkləyir. Bunu İranın ali dini lideri Əli Xamneyinin müşaviri, general Rəhim Səfəvi deyib.
İSNA müşavirinin sözlərindən sitat gətirib: “Qürur duyulası bir şey olan Əl-Əqsa tufanı əməliyyatını dəstəkləyirik və Fələstin döyüşçülərini bu əməliyyatın başlaması münasibətilə təbrik edirik”. (Tass)