Fələstinin HƏMAS radikal qruplaşmasının yaraqlıları israilliləri girov götürüblər. “The Times of Israel” xəbər verir ki, bunu şənbə günü İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Həqari təsdiqləyib.
Onun sözlərinə görə, girovlar Qəzza zolağında əsir götürülüb. Bununla belə, hərbi komandir əsir götürülən israillilərin sayını dəqiqləşdirməyib.
Eyni zamanda, Həcəri fələstinlilərlə toqquşma zamanı İsrail hərbçilərinin itkilər verdiyini bildirib, eyni zamanda heç bir dəqiq rəqəm təqdim etməyib, “The Times of Israel” qeyd edib. (Tass)