Sentyabr 11, 2025-18:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

London görüşündən imtina İrəvanın Bakı ilə müzakirələrdən boyun qaçırdığını göstərir – RƏY

2024:07:24 - 12:34
in SİYASƏT
A A

Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi onu göstərir ki, rəsmi İrəvan Bakı ilə ciddi məsələləri müzakirə etməkdən boyun qaçırır.Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.O qeyd edib ki, Ermənistan gündəlikdə olan iki məsələ – Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi və ATƏT-in Minsk qrupundan imtina üzrə konkret addımlar atmağa tələsmir:“Bunların fərqli səbəbləri var. Məsələn, İrəvanın ATƏT-in Minsk qrupunun buraxılmasını istəməməsinin səbəbi orada Fransa və ABŞ-nin təmsil olunmasıdır. Ermənistanın hələ də onların institusional yardımına ehtiyacı var. Digər tərəfdən, İrəvan Konstitusiyaya dəyişiklik edilməsi prosesini uzatmaqda maraqlıdır”.Siyasi şərhçi bildirib ki, Ermənistanda Konstitusiyaya dəyişikliklərin edilməsi yalnız 2026-cı ildə – ölkədə növbəti parlament seçkiləri keçirildikdən sonra real görünür:“Hazırda görünən odur ki, Ermənistan bu məsələlərin Azərbaycanla müzakirəsindən boyun qaçırır, ona görə də London görüşü baş tutmadı. Mövcud məsələ ətrafında müxtəlif ehtimallar var. İrəvanın bu addımı Fransanın diqtəsi ilə atması da həmin fərziyyələrdən biridir. Bu ehtimal doğrularsa, deməli, başqa ölkələrin təsiri altında olan Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil”.

Əvvəlki Yazı

ADY fermerlərə mal-qara ilə bağlı tövsiyə edib

Növbəti Yazı

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.