Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyada yaşanan təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.“Report” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.”Efiopiyanın Qofa bölgəsində torpaq sürüşməsi nəticəsində çoxsaylı insan itkisi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Efiopiya hökumətinə başsağlığı verir və zərər çəkmiş insanların tezliklə sağalmasına ümid edirik” , – məlumatda qeyd edilib.